Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

04 iyul 2011, 23:50

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009-cu il, № 6, maddə 402; 2010-cu il, № 2, maddə 75, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 176.3-cü maddənin ikinci hissəsində “məhkəmə nəzarətçiləri” sözləri “icra məmurları” sözləri ilə əvəz edilsin.

2. 231-ci maddənin adında “icraatın dayandırılması” sözlərindən sonra “, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilsin.

3. 231.3-cü maddədə:

3.1. birinci cümlədə “məhkəmə icraçısının” sözləri “, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun” sözləri ilə əvəz edilsin;

3.2. ikinci cümlədə “məhkəmə icraçısına” sözləri “icra məmurunun” sözləri ilə, “məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin, üçüncü cümlə dördüncü cümlə hesab edilsin:
“Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.”;

3.4. dördüncü cümləyə “icraatın dayandırılması” sözlərindən sonra “, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilsin.

4. 231.4-cü maddədə “icraatın dayandırılması” sözlərindən sonra “, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” Əlavəsinin 13-cü bəndinin ikinci abzasında “məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.