T.M.Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03 fevral 2018, 13:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2018-ci il.