Gerb

03 fevral 2018, 16:30

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə respublikanın hər yerində olduğu kimi, Goranboy rayonunda da əhalini narahat edən problemlərin həlli istiqamətində çoxsaylı tədbirlər görülür. 2014-cü ildə Goranboy şəhərinə içməli su kəməri çəkildi və Siz həmin layihənin açılışında iştirak etdiniz. Ötən il isə Sizin Sərəncamınız əsasında həmin kəmərdən kəndimizə 1600 metr uzunluğunda su xətti çəkilib, küçələrdə 8 bulaq tikilib. Əvvəllər içməli suyu maşınlarla alan kənd əhalisi artıq ekoloji təmiz sudan istifadə edir. 

Buna görə kənd sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Həmişə olduğu kimi, bundan sonra da Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyəcəyik. 

Hörmətlə, 

Məmmədov Hüseyn

Abdullayev Rəşid

Muradov Rafiq

Səlimov Maqsud. 

Azərbaycan Respublikası, Goranboy rayonu, Abbasqullar kəndi.