05 fevral 2018, 17:30

Əli Əskərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

İçməli su ilə bağlı onilliklərlə davam edən problemimizi həll etdiyinizə görə ailəm və Mərdəkan qəsəbəsinin əhalisi adından Sizə təşəkkürümü bildirirəm. İllərlə əziyyət çəkdiyimiz böyük problemimiz Xəzər rayonunun qəsəbələrinin su təchizatının yaxşılaşdırılması ilə bağlı Sərəncamınızdan sonra həll olundu.

Əziz Prezidentimiz, Allah Sizə uzun ömür versin. Allah Sizi və ailənizi pənahında saxlasın. Biz həmişə Sizə güvənirik və Sizi dəstəkləyirik.

Hörmətlə,

Əskərov Əli Rasim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Mərdəkan qəsəbəsi.