06 fevral 2018, 14:20

Rafiq Əzimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Teatr və kino sahələrindəki fəaliyyətimi yüksək qiymətləndirərək məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə qürur hissi duyur, Sizə şəxsən öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.

Sizi əmin edirəm ki, milli mədəniyyətimizin inkişafı üçün bundan sonra da var qüvvəmlə çalışacağam.

Dərin hörmətlə,

Əzimov Rafiq Əşrəf oğlu, Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.