Səxavət Məmmədovdan, Mingəçevir, Azərbaycan
Text size
07 fevral 2018, 13:50
Hörmətli cənab Prezident.
Azərbaycan mədəniyyətinə və incəsənətinə, xüsusilə teatr sahəsinə daim önəm verməyiniz bu sahədə çalışan yaradıcı insanlar tərəfindən hər zaman rəğbət hissi ilə qarşılanır.
Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığınız Sərəncama görə bütün mingəçevirlilər və şəhərimizin teatr işçiləri adından Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycanın daha da inkişafına yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Məmmədov Səxavət, Mingəçevir Dövlət Dram Teatrının direktoru.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.