İlham Əliyev “Thales International” şirkətinin birinci vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

08 fevral 2018, 14:00
İlham Əliyev “Thales International” şirkətinin birinci vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.

“Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğuladı və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd etdi. Rafael Eskinazi “Thales International” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğuladı.

Dövlətimizin başçısı “Thales International” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd etdi və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirdi.

Söhbət zamanı AZAL ilə “Thales International” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo