Gerb

12 fevral 2018, 13:30

Möhtərəm cənab Prezident.

Məlum olduğu kimi, Goranboy rayonunda içməli su mənbələri azdır. Ona görə kəndimizin əhalisi də təmiz içməli su sarıdan çox əziyyət çəkir, keyfiyyətsiz sulardan istifadə etmək məcburiyyətində qalırdı. 2017-ci il ildə Sizin müvafiq Sərəncamınızla ayrılmış vəsait hesabına 7,5 kilometr məsafədən yaşadığımız Veyisli kəndinə və kəndin yaxınlığında salınmış məcburi köçkün qəsəbəsinə içməli su xətti çəkildi. Bununla da əhalinin içməli su problemi həll edildi.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, ölkəmizin daha da tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Qəhrəman

Zeynalov Səfər

Sülüymanov Nizami.

Azərbaycan Respublikası, Goranboy rayonu, Veyisli kəndi.