19:05
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12 fevral 2018, 18:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Salmanov Səxavət İbrahim oğlu – general-mayor
Əliyev Azad Hüseyn oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qarayev Natiq Sahib oğlu – polkovnik
Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant
Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant
Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant
Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant
Abbasov Elşən Kamran oğlu – mayor
Ağayev Rahim Əlifağa oğlu – mayor
Cəfərov Elməddin Qulu oğlu – mayor.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2018-ci il.
19:05
18:55
17:14
16:30
14:45
14:14
13:38
11:25
21:47
16:25
13:43
13:29