14 fevral 2018, 16:00

Azər Xəlilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Azərbaycanda medianın inkişafına, o cümlədən teleradio kanallarının maddi-texniki bazasının gücləndirilməsinə və yüksək standartlara uyğun fəaliyyətinə hər zaman xüsusi diqqət və qayğı göstərirsiniz. “Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamınız bütün teleradio yayımı məkanı, həmçinin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin bu nəcib təşəbbüsünüz keyfiyyətli televiziya məhsulunun yaradılmasında bizim məsuliyyətimizi daha da artırır. “Azad Azərbaycan” Teleradio Kompaniyası olaraq üzərimizə düşən məsuliyyətin ciddiliyini hər zaman anlayır və Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, ölkəmizin milli maraqlarının müdafiəsində daim ön sıralarda olacağıq.

“Azad Azərbaycan”ın hər bir əməkdaşı qüdrətli Azərbaycanın və Sizin, cənab Prezident, sadiq əsgərinizdir.

Dərin hörmət və ehtiramla,    

Xəlilov Azər Nəriman oğlu,

“Azad Azərbaycan” Teleradio Kompaniyasının prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.