22 fevral 2018, 13:00

Emin Qəribovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz Azərbaycan üçün əvəzolunmaz işlər görmüsünüz. Ölkəmiz Sizin rəhbərliyiniz altında inkişaf etmiş, bir sıra sahələrdə yüksək uğurlar qazanmışdır. Biz Sizi dəstəkləyirik və bu il keçiriləcək Prezident seçkilərində Sizə səs verəcəyik.

Əziz Prezidentimiz, Allahdan Sizə və ailənizə cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Ulu Tanrı gördüyünüz və görəcəyiniz işlərdə hər zaman Sizə kömək olsun.

Hörmətlə,

Qəribov Emin Rizvan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.