23 fevral 2018, 17:30

Gülnar Həsənovadan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim 5 yaşlı qızım Dəniz nitq qüsurlu idi. Sabirabad “ASAN xidmət” mərkəzində yerləşən Uşaq Psixo-Sosial İnkişaf Mərkəzinin psixoloji bölməsinə bu qüsurun aradan qaldırılması ilə bağlı müraciət etdik. Altı aylıq seanslardan sonra övladımın nitqindəki qüsur tam aradan qaldırıldı. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur.

Möhtərəm cənab Prezident, Sizin sayənizdə regionlarda yaradılan “ASAN xidmət” mərkəzləri insanlara yüksək səviyyədə xidmət göstərir. Ailəmiz ömür boyu Sizə minnətdar olacaqdır. Uşaqlar bizim gələcəyimizdir. Siz həmişə uşaqlara, gənclərə dəstək olmusunuz. Allah həmişə Sizi qorusun. Biz qarşıdakı prezident seçkilərində Sizə səs verəcəyik. Uğurlar Sizə, cənab Prezident! Biz Sizə inanır və güvənirik.

Hörmətlə,

Həsənova Gülnar Əliqara qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu.