24 fevral 2018, 14:00

Səbri Əmrahovdan, Şabran, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, Uca Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram. Sizin ölkəmiz üçün gördüyünüz işlər göz qabağındadır. Siz dövlətçiliyimizin etibarlı qarantı, sabitliyimizintəminatçısısınız. Bu sabitliyin pozulmasını, dövlətə rəhbərliyin bacarıqsız insanların əlinə keçməsinə heç kim istəmir. Çünki 1990-cı illərin əvvəllərində biz bunun acısını dadmışıq. Ona görə də bir müəllim kimi aprelin 11-də keçiriləcək prezident seçkilərində ailə üzvlərimlə birlikdə Sizə - inkişafımızın və sabitliyimizin qarantı olan ən layiqli namizədimizə səs verəcəyəm. 

Möhtərəm cənab Prezident, Azərbaycanın gələcək tarixinə və qəhrəmanlıq salnaməsinə növbəti şanlı səhifələrin məhz Sizin rəhbərlyinizlə yazılacağınainanır və həmin günləri böyük səbirsizliklə gözləyirəm. 

Hörmətlə,

Əmrahov Səbri.

Azərbaycan Respublikası, Şabran rayonu.