24 fevral 2018, 13:50

Reyhan Camalovadan, Quba, Azərbaycan

Çox hörmətli cənab Prezident. 

Gənclər Günü münasibətilə məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə həm öz adımdan, həm də ailəm adından sonsuz minnətdarlığımı bildirirəm. Söz verirəm ki, mənə göstərdiyiniz bu yüksək etimadı hər zaman doğrultmağa çalışacaq, doğma Azərbaycanımızın adının dünya tarixinə qızıl həriflərlə yazılması üçün var gücümü sərf edəcəyəm. 

Əziz Prezidentimiz, ölkə gənclərinə göstərdiyiniz qayğıya görə bir daha Sizə minnətdarlığımı bildirirəm. 

Hörmətlə,

Camalova Reyhan Rauf qızı.

Azərbaycan Respublikası, Quba rayonu.