26 fevral 2018, 15:00

Valeh Rzayevdən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 1-ci qrup gözdən əliləm. Ailə üzvlərimin köməyi ilə hərəkət edirəm. Buna baxmayaraq, televiziyanı daim izləyir və verilişlərə qulaq asıram. Sizin əllilərə verilən Prezident təqaüdünün məbləğinin artırılması barədə Sərəncamınız məni ürəkdən sevindirdi.

Ömrüm boyu gücüm və qüvvəm daxilində ulu öndər Heydər Əliyevin ideyalarının müdafiəçisi olmuşam. Onun inam və etimadını layiqincə doğrultduğunuza görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, aprel ayının 11-də keçiriləcək prezident seçkilərində ailəlikcə yalnız Sizə səs verəcəyik. Xalqımızın firavanlığı və xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Rzayev Valeh Xanlar oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsi.