26 fevral 2018, 15:15

Azər Məmmədrəhimovdan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınızın və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində Xaçmaz rayonunun Xudat şəhərində bir sıra infrastruktur layihəsi reallaşdırılıb, müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilib, 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolu tikilib.

Həmçinin Sizin Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınızdan ilhamlanan rayon əhalisi yeni meyvə bağları salmağa başlayıblar.

Rayonumuzda yaradılan aqroparkda xeyli iş yeri açılıb ki, bu da gənclərin məşğulluğuna mühüm töhfədir.

Əziz Prezidentimiz, Xudat şəhərinin gəncləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Əmin olun ki, biz qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik. Çünki Sizin siyasətiniz Azərbaycanımızın, onun gələcəyi olan biz gənclərin tərəqqisinə xidmət edir.

Hörmətlə,

Məmmədrəhimov Azər Şahverdi oğlu.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xudat şəhəri.