27 fevral 2018, 16:05

Fərhad Babayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını artırmaq məqsədilə fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncamınızla Siz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğınızı bir daha nümayiş etdirdiniz. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, hər zaman olduğu kimi, 2018-ci il  aprelin 11-də keçiriləcək prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcək və Sizə səs verəcəyik. Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan sarayın kollektivi olaraq arzu edirik və inanırıq ki, Siz yenidən ölkəmizin Prezidenti seçiləcəksiniz. Sizin apardığınız uğurlu daxili və xarici siyasət, ölkəmizin dinamik inkişafı və yüksəlişə gedən yolu, respublikamızda yaratdığınız təhlükəsizlik, sabitlik, xalqın mənafeyinin, maddi rifahının yaxşılaşdırılması üçün gördüyünüz işlər, həmçinin Azərbaycanımızın bütün dünyada artan qüdrəti bu inamımızı daha da möhkəmləndirir.

Allah Sizi və ailənizi qorusun.

Dərin hörmət və ehtiramla,

Babayev Fərhad,

“Şöhrət” ordenli, Əməkdar Mədəniyyət İşçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.