28 fevral 2018, 16:00

Fidan və Xuraman Qasımovalardan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

2018-ci il fevralın 22-də Siz Prezidentin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərman imzaladınız. Prezident təqaüdü alan mədəniyyət və incəsənət xadimləri arasında biz də varıq. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident, əziz Mehriban xanıma təşəkkür edirik.

Bu, bizim üçün – öz xalqının mədəniyyətinin və incəsənətinin inkişafı naminə uzun illər boyu xeyli qüvvə sərf etmiş, bu gün də əlindən gələni əsirgəməyən insanlar üçün çox böyük stimuldur. Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına və tərəqqisinə, bu irsin beynəlxalq ictimaiyyət tərəfindən tanınması işinə verdiyiniz böyük töhfəyə görə Sizə və Mehriban xanıma “Sağ olun” deyirik.

Cənab Prezident, qarşıdan gələn prezident seçkilərində Sizin qələbənizə qəti əminik. Siz həmişə və hər işdə olduğu kimi, yenə də qalib olacaqsınız.

Sizə sevgimizi və təşəkkürümüzü bildiririk.

Həmişə Sizinlə olan Fidan və Xuraman Qasımovalar.

Azərbaycan Respublikası, Bakı şəhəri.