Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan
03 mart 2018, 14:15
Möhtərəm cənab Prezident.
Sizin Fəxri adlara görə aylıq təqaüdlərinin artırılması barədə Sərəncamınız bizi böyük sevincə qərq etdi. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan sənət adamlarına göstərdiyiniz müstəsna diqqət və qayğınız əvəzolunmazdır.
Hörmətli cənab Prezident, qədim və zəngin keçmişə malik Azərbaycan mədəniyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqəti sayəsində özünün şanlı inkişaf tarixini yaşadı. Biz sənət adamları dahi liderimizin böyük sənət sevgisinin və qayğısının canlı şahidi olduq. Böyük Öndərin layiqli davamçısı olaraq Sizin bundan əvvəlki müvafiq fərman və sərəncamlarınızı da yaxşı xatırlayırıq.
Cənab Prezident, bütün bunlara görə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Əhmədzadə Rəşad Rüfət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.