Emma Qəhrəmanovadan, Bakı, Azərbaycan
Text size
03 mart 2018, 15:30
Hörmətli cənab Prezident.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin Prezident təqaüdünün məbləğinin artırılması Sizin bu şəxslərə və onların ailələrinə olan diqqət və qayğınızı bir daha təsdiqləyir. Bu qayğı və diqqətinizə görə ailəmiz adından Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür, dövlətimizin və xalqımızın rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər və uğurlar arzu edirəm.
Əziz Prezidentimiz, Siz dövlətimizin əmin-amanlığının qarantısınız. Qarşıdan gələn prezident seçkilərində Sizə uğur arzu edirəm.
Hörmətlə,
Qəhrəmanova Emma Şəki qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.