Eldar Mansurovdan, Bakı, Azərbaycan
03 mart 2018, 16:00
Möhtərəm cənab Prezident.
Siz milli-mənəvi dəyərlərimizin qoruyucusu və hamisi olaraq hər zaman bəstəkarlarımıza və musiqişünaslarımıza dəstək olursunuz. Sizin Sərəncam və Fərmanınız əsasında fəxri adlara görə aylıq təqaüdlərin və Prezidentin fərdi təqaüdünün məbləğinin artırılması haqqında xəbəri məmnunluq hissi ilə qarşıladıq. Bizə daim maddi və mənəvi dəstək göstərdiyinizə görə Sizə xüsusi təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı, uzun ömür, çox gərgin və səmərəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, qarşıdan gələn prezident seçkilərində uğurlar diləyirəm.
Hörmətlə,
Mansurov Eldar, bəstəkar, Xalq Artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.