05 mart 2018, 14:15

Təranə Güləliyeva və başqalarından, Qobustan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuz gündən-günə çiçəklənir və inkişaf edir. Xüsusilə Qobustan şəhərinin içməli su ilə təmin olunması, mərkəzi rayon xəstəxanasının və 2 saylı şəhər uşaq bağçasının tikilməsi hər bir qobustanlını sevindirir. Bu tədbirlərə daha çox sevinən isə Qobustan qadınlarıdır. Çünki göstərilən bu diqqət və qayğının ən böyük hissəsi biz qadınların payına düşür.

Hörmətli cənab Prezident, son zamanlar rayonumuzda ali təhsilli qadınlar idarəetmə və digər sahələrdə önə çəkilir, müxtəlif məsul vəzifələrə təyin olunurlar. Qadınlar arasında daha çox iş yerinə ehtiyacı olanlar müxtəlif qabiliyyətlərə malik, lakin ali təhsil olmayan qadınlardır. Bu baxımdan Sizin Qobustan rayonunda xalça emalatxanasının tikintisi ilə bağlı Sərəncamınız bizi daha da sevindirdi. Bu, bir daha Sizin böyüklüyünüzün, hər bir Azərbaycan vətəndaşının, xüsusilə daha çox qayğıya ehtiyacı olanların mənafeyini yüksək səviyyədə qoruduğunuzu göstərdi. Artıq Qobustan qadınları özlərinə müvafiq iş tapmaqla yanaşı, cəmiyyətimizin fəal üzvünə çevriləcəklər.

Əziz Prezidentimiz, göstərdiyiniz bu yüksək diqqət və qayğıya görə bütün Qobustan qadınları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə və Birinci vitse-prezidentimiz, xeyirxah insan Mehriban xanım Əliyeva ilə qürur duyuruq. Hamımız bir ağızdan “Allah Sizləri qorusun!” deyirik.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Güləliyeva Təranə Ağababa qızı

Mehralıyeva Solmaz Qazəhməd qızı

Şərifova Zümrüd Xəlil qızı və başqaları.

Azərbaycan Respublikası, Qobustan rayonu.