07 mart 2018, 18:15

Ədalət Hacıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşları “Əməkdar” və “Xalq” fəxri adlarına görə aylıq təqaüdlərin artırdığınız üçün Sizə səmimi minnətdarlıq bildirərək təşəkkür edirlər. Biz bunu mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısının təzahürü hesab edirik, Sizin fəaliyyətinizi yüksək qiymətləndiririk, teatr sənəti sahəsində Vətənimizə bundan sonra da xidmət etməyə hazır olduğumuzu bildiririk.

Rus Dram Teatrının təqaüdçüləri adından:

Teatrın direktoru - Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev,

Baş rejissor – Azərbaycan Respublikasının Xalq Artisti Aleksandr Şarovski,

9 Xalq Artisti, 11 Əməkdar Artist, 3 Əməkdar Mədəniyyət İşçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri