İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymindən

12 mart 2018, 18:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi.

Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

Yusif bin Əhməd əl-Useymin

İslam Əməkdaşlıq Təşkilatının baş katibi