09 mart 2018, 16:30

Əlinaz Talıbovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycan dövlətinin iqtisadi inkişafının, beynəlxalq aləmdəki yenilməz siyasi iradəsinin, ürəkləri riqqətə gətirən hərbi gücünün bugünkü səviyyəsi düşmənlərimizin canına dəhşətli qorxu saldığı kimi, dünyadakı dostlarımızı, hər bir Azərbaycan vətəndaşını sevindirir, fərəhləndirir, uğurlu sabahlara inamımızı birə min artırır. Bütün bu tarixi zəfərlərə görə Sizə - xalqımızın ləyaqətli oğluna, dünya siyasətində sözünü demiş və özünəməxsus yeri olan müdrik rəhbərimizə minnətdarıq. Siz müstəqil Azərbaycanımızın memarı, ümummilli liderimiz Heydər Əliyev ideyalarının layiqli davamçısı, xalqını, dövlətini ürəkdən sevən, dövlətinin müstəqillik prinsiplərinə qəlbən bağlı bir lidersiniz.

Əziz Prezidentim, xalqın həyat tərzinin, sosial rifah halının yaxşılaşdırılması ilə bağlı fəaliyyətiniz ürəyimizcədir. Son sərəncam və fərmanlarınız Sizin xalqınıza necə bağlı olduğunuzu, onun qayğıları ilə yaşadığınızı bir daha sübut etdi. Şəxsən öz adımdan, işlədiyim kollektivin və ailəmin hər bir üzvünün adından Sizə dərin minnətdarlıq hisslərimi çatdırıram.

Möhtərəm Prezidentim, aprelin 11-də xalqımız üçün taleyüklü bir məsələnin həlli günü hər bir masallılı Sizin tərəfinizdə olacaq, səsimizi inandığımız, sevdiyimiz və ən əsası layiqli bildiyimiz Azərbaycan övladına – Sizə verəcəyik. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Talıbov Əlinaz, Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Masallı rayonu.