09 mart 2018, 15:00

Qadir Rəfiyevdən, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident.

Apardığınız uğurlu siyasət nəticəsində ölkəmiz çox sürətlə inkişaf etməkdədir. Siz ulu öndərimiz Heydər Əliyev yürütdüyü siyasəti layiqincə davam etdirirsiniz. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Bu uğurların hamısı ölkəmizə Sizin kimi siyasi xadimin, uzaqgörən Prezidentin rəhbərliyi altında qazanılıb.

Hazırda paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Eyni zamanda, bölgələrimiz də sürətlə inkişaf edir. Göyçayda gedən abadlıq işləri rayonumuza əsrarəngiz gözəllik verir. Yeni parklar salınır, yollara asfalt döşənir, istirahət mərkəzləri tikilir, hər yerdə səliqə-sahman yaradılır. Rayonumuzda yeni rahat avtovağzalın tikintisi davam edir.

Hörmətli cənab Prezident, rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Rəfiyev Qadir Əlyar oğlu, II qrup əlil.

Azərbaycan Respublikası, Göyçay rayonu.