08 mart 2018, 16:15

Ramin Həsənov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız bina uzun illər idi ki, təmir olunmurdu. Sizin Sərəncamınızdan sonra binamızın dam örtüyü dəyişdirildi, fasadı rəngləndi, giriş hissəsi səliqə-sahmana salındı. Bu ərazidə yerləşən üçmərtəbəli binanın sakinlərinin istirahəti üçün ətrafda abadlıq işləri aparıldı, yaşıllıq zolaqları salındı, uşaqlar üçün futbol meydançası quruldu.

Möhtərəm cənab Prezident, biz çoxmərtəbəli binalarda yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə cəbhə bölgəsinin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Həsənov Ramin

Abdullayev Ibrahim

Sadıqov Mehman

Tağıyeva Təranə

Səfərova Aybəniz.

Azərbaycan Respublikası, Tərtər şəhəri.