08 mart 2018, 14:30

Qərinə Kərimova və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz Azərbaycan mədəniyyətində və incəsənətində olan xidmətlərimizi hər zaman yüksək qiymətləndirərək, bizi fəxri adlarla təltif etmisiniz. Bütün bunlara və bu yaxınlarda imzaladığınız Sərəncamla fəxri adlar üçün verilən aylıq təqaüdlərin məbləğinin artırılmasına görə Sizə minnətdarlığımızı bildiririk. Bu diqqətinizə görə biz həmişə Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.

Hörmətlə,

Kərimova Qərinə Rəhim qızı, Xalq Artisti

Sadıqov Ənvər, Xalq Artisti

Ələkbərov Ələkbər, Əməkdar Artist

Məmmədov Emil, Əməkdar Artist

Hacıyeva Sevil Inşallah qızı, Əməkdar Incəsənət Xadimi

Əhmədov Ilkin Qənbər oğlu, Əməkdar Artist

Ələkbərov Ismayıl Sadıq oğlu, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.