Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size Plus Minus

23 iyun 2010, 19:20

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443; 2006-cı il, № 6, maddə 486, № 11, maddə 927, № 12, maddə 1013; 2007-ci il, № 1, maddə 1, № 5, maddə 441, № 8, maddə 756, № 11, maddə 1078; 2008-ci il, № 3, maddə 155, № 4, maddə 253; 2009-cu il, № 6, maddə 399) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 45-1-ci maddə əlavə edilsin:

“45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi