“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 mart 2018, 19:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 625) adında və mətnində “Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.