15 mart 2018, 14:35

Namiq Bağışovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Uzun illər boyu Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, dövlətimizin daha da qüdrətlənməsi istiqamətində gördüyünüz işlər bizi sabaha inamla addımlamağa çağırır. Yaxın keçmişə nəzər saldıqda bugünkü tərəqqiyə, inkişafa, insanların yaxşı yaşamasına, yaradılan şəraitə görə sevinməmək mümkün deyil. Son bir neçə il ərzində Lerikdə aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, rayonun çətin dağlıq ərazilərində yerləşən kəndlərin qazlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, fasiləsiz telekommunikasiya xidməti, yolların təmiri, iş adamlarına yaradılan şərait, gənclərimizin iş yerləri ilə təmin olunması bizi çox sevindirir. Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına göstərdiyiniz diqqət və qayğı bizə verdiyiniz dəyərin və qiymətin ən bariz nümunəsidir.

Əziz Prezidentimiz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığı genişləndirir. Bu isə övladlarımızın xarici ölkələrdə təhsil almalarına və zəngin təcrübə qazanmalarına şərait yaradır.

Apardığınız məqsədyönlü siyasəti daim dəstəkləyən, dövlətçiliyimizin müdafiəsi və möhkəmlənməsi naminə ətrafınızda sıx birləşən minlərlə lerikli kimi, döyüşçü ailəsi olaraq biz də bu firavan və xoşbəxt günümüzə görə Sizə dərin minnətdarlığımızı və hörmətimizi bildiririk. Sizi əmin edirik ki, bundan sonra da xalqımıza, dövlətimizə və Prezidentimizə məsuliyyətlə xidmət edəcəyik.

Hörmətlə,

Bağışov Namiq Sədaqət oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.