15 mart 2018, 15:10

Zabit Qəribovdan, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu yaxınlarda rayon mərkəzindən kəndimizə qədər uzunluğu 11,5 kilometr olan yolun çəkilişinə başlanılıb. Bu hadisə bizi hədsiz sevindirdi.

Buna görə kəndimizin bütün sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə,

Qəribov Zabit Yusif oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.