17 mart 2018, 13:30

Məhəmmədəli Məşədiyev, Qazax, Azərbaycan

Möhtərəm Prezidentimiz!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir.

Sizin hakimiyyətə gəldiyiniz vaxtdan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatların aparılması göz önündədir. Bu gün Azərbaycanın mədəni həyatında böyük canlanma var. Milli mədəniyyətimiz, sözün həqiqi mənasında, dünyanı fəth edir.

Azərbaycanın zəngin və tolerant tarixi irsinin, o cümlədən tarix və mədəniyyət abidələrinin tədqiq olunması, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son illərdə mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Cənab Prezident, Siz mədəniyyət işçilərinin sosial durumlarının yaxşılaşdırılması istiqamətində də çox mühüm tədbirlər həyata keçirirsiniz. Belə ki, mədəniyyət işçilərinə Prezident təqaüdünün və fəxri adların verilməsi, eləcə də əməkhaqlarının mütəmadi olaraq artırılması buna əyani sübutdur.

Son günlər bütün büdcə təşkilatlarının, o cümlədən mədəniyyət sahəsində çalışan işçilərin əməkhaqlarının artırılması biz mədəniyyət işçilərinə ən böyük töhfə oldu. Buna görə Sizə ürəkdən təşəkkür edir və bildiririk ki, həmişə olduğu kimi, Qazax rayon mədəniyyət işçiləri dövlətimizin və şəxsən Sizin siyasətinizi daim dəstəkləyəcək.

Hörmət və ehtiramla,

Məhəmmədli Məşədiyev

Azərbaycan Respublikası, Qazax rayonu.