19 mart 2018, 15:30

Mütalib Ağayevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi iştirakçısıyam. Döyüşlərin birində yaralanmışam və görmə qabiliyyətimi itirmişəm. Son iki-üç il ərzində ürəyimdə də problemlər yaranmışdı. Səhhətimlə əlaqədar bir neçə dəfə Respublika Klinik Xəstəxanasında müalicə almışam. Yüksək səviyyədə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuş bu tibb ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməklə yanaşı, keyfiyyətli dərmanlar da verilir. Bunun nəticəsidir ki, səhhətim getdikcə yaxşılaşır.

Möhtərəm Prezidentimiz, mənə göstərilən bu qayğı və diqqətə görə Sizə minnətdaram. Sizin sərəncamlarınıza, təsdiq etdiyiniz Dövlət proqramlarına əsasən səhiyyə sistemində aparılmış islahatlar nəticəsində ölkəmizdə müayinə və müalicə üçün yaxşı şərait yaradılıb.

Buna görə müharibə iştirakçıları adından və şəxsən öz adımdan Sizi əmin edirəm ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində hamımız fəal iştirak edəcək və Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Ağayev Mütalib, Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.