“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

21 mart 2018, 15:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan

Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №7, maddə 484; 2001, №12, maddə 736; 2002, №6, maddə 328; 2005, №12, maddə 1093; 2008, №7, maddə 602; 2016, №4, maddə 649; 2017, №7, maddə 1283) 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə “ödənilməsi” sözündən sonra “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il.