|
18 iyul 2011, 12:30
Quliyev Bəndalı və başqalarından, Füzuli, Azərbaycan
Möhtərəm Prezident! Bu günlərdə - iyulun 13-də verdiyiniz sərəncamla Füzuli rayonunun səkkiz kəndini birləşdirən yolun abadlaşdırılması üçün 7 milyon manat vəsait ayırmağınız bizim üçün çox sevindirici bir xəbər oldu və Sizin Qarabağı, xüsusilə bizim Füzuli rayonunu həmişə diqqət mərkəzində saxladığınızı bir daha təsdiq etdi. Yol həyat və mədəniyyət deməkdir, inkişaf deməkdir. Biz inanırıq ki, bu yollar Füzulini tezliklə Şuşaya və digər rayonlarımıza aparan geniş yollara qovuşduracaqdır. Sizin rəhbərliyinizlə Qarabağ düyünü tezliklə çözüləcək, hamımız tezliklə doğma el-obamıza qayıdacağıq. İndi rayon mərkəzi kimi fəaliyyət göstərən Horadiz şəhəri tanınmaz dərəcədə dəyişmiş, çox abad və gözəl məkana çevrilmişdir. Rayonun digər kənd və qəsəbələri də gündən-günə abadlaşır, yeni məktəblər tikilir, xüsusilə Qayıdış qəsəbəsində həyat sürətlə canlanır, insanlar öz güzəranlarını qururlar. Biz inanırıq ki, tezliklə işğal olunmuş bütün ərazilərimiz geri qayıdacaq və bu abadlıq, quruculuq işləri Qarabağın hər bir şəhərində, hər bir qəsəbə və kəndində davam etdiriləcəkdir. Bütün bunlara görə Sizə ürəkdən təşəkkür edir və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, xalqımızın arzularını həqiqətə çevirməkdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Ulu Tanrı köməyiniz olsun. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.