Gerb

22 iyul 2011, 18:00

Hörmətli cənab Tantavi,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Misir xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2011-ci il.