Polşa Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olmuşdur

25 iyul 2011, 11:00
Polşa Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olmuşdur

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Bronislav Komorovskiyə, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo