25 iyul 2011, 15:00

Qasımbəyli və Əsgərbəyli kənd sakinləri adından, Sabirabad, Azərbaycan

Hörmətli Prezident !

Ötən il baş vermiş təbii fəlakətin nəticələri sizin birbaşa diqqət və qayğınız nəticəsində aradan qaldırılır. Bu il mayın 5-də bizimlə görüşünüzdən sonra imzaladığınız Sərəncamlar və aidiyyəti orqanlara verdiyiniz tapşırıqlar ardıcıl həyata keçirilir. Kəndimizdə yeni məktəb, tibb ocağı tikilir. Bütün infrastruktur təzədən qurulur. Əlavə olaraq 300-dən çox yeni evin tikintisi aparılır. 21 iyulda növbəti Sərəncamınızla 17 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün əlavə vəsaitin ayrılması da bizim rahatlığımıza xidmət edir. Allah sizi qorusun. Biz Prezidentimizlə fəxr edirik, qürur duyuruq.

Hörmətlə,
Z. Əliyev, A. Əliyev, Ə. Ənnağıyev və başqaları. Cəmi: 11 nəfər.

Azərbaycan Respublikası, Sabirabad rayonu.