Gerb

26 avqust 2011, 18:20

Hörmətli cənab Lupu,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri zəngin ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 avqust 2011-ci il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR