Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Felipe Kalderon İnoxosaya

27 avqust 2011, 20:10

Hörmətli cənab Prezident,

Monterrey şəhərində baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 avqust 2011-ci il.