Qırğız Respublikasının Prezidenti Zati-aliləri xanım Roza Otunbayevaya
Text size
30 avqust 2011, 14:55
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Dövlət müstəqilliyi günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 avqust 2011-ci il.