|
31 avqust 2011, 15:00
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç, Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə və ənənələrə malikdir. Ortaq mənəvi dəyərləri bölüşən, bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsi, qarşılıqlı etimad və dəstəyi ilə bu gün həmin ənənələr yeni məzmun kəsb etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, çoxşaxəli dostluq əlaqələrimizin və əməkdaşlığımızın hazırkı dinamik inkişafı və zəngin potensialı daim xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram. Hörmətlə,
İlham Əliyev Bakı, 11 avqust 2011-ci il. 31 avqust 2011, 14:50
İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir
more...
01 sentyabr 2011, 15:00
İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.