Gerb

28 iyun 2010, 12:10
505

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Stançinanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul etmişdir.

Səfir Per Stançina Azərbaycanda fəaliyyəti dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulamışdır. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd etmişdir.

Dövlət başçısı son illər ərzində ölkəmizin Almaniya ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bütün sahələrdə genişləndiyini vurğulamışdır. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcəkdir.

Azərbaycan Prezidenti Per Stançinaya gələcək fəaliyyətində uğurlar arzulamışdır.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR