İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

13 sentyabr 2011, 14:20
İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülmüş, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıq zolağı genişləndirilmişdir.