Gerb

15 sentyabr 2011, 12:30

Möhtərəm cənab Prezident,

“Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 sentyabr 2011-ci il tarixli Sərəncamınız Şəki əhalisinin, eləcə də əhalinin sosial müdafiə mərkəzinin 67 nəfərlik kollektivinin hədsiz sevincinə səbəb olmuşdur.

Bu gün Şəki şəhəri, sözün həqiqi mənasında, böyük tikinti meydançasını xatırladır. Bütün qüvvələr səfərbər edilərək illərdən bəri yığılıb qalan problemlərin həlli istiqamətində işlərin görülməsinə yönəldilmişdir. Uzun müddət baxımsız qalan çoxmərtəbəli yaşayış evləri, ictimai binalar, qədim tikililər milli memarlıq ənənələri və üslubları qorunub saxlanılmaqla təmir olunur və yenidən qurulur. Mövcud binalar, obyektlər zahiri görkəmini dəyişərək şəhərə xüsusi gözəllik verir. Yolların, küçələrin genişləndirilməsi, yeni asfalt örtüyün salınması istiqamətində işlər sürətlə davam etdirilir. Bir sözlə, şəhərimiz qədimliyi gözlənilməklə yenidən qurulur.

Çox hörmətli cənab Prezident,

Biz - Şəki rayon əhalinin sosial müdafiə mərkəzinin kollektivi rayonumuza göstərdiyiniz bu yüksək qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, Ulu Tanrı həmişə Sizi qorusun deyirik.

Hörmətlə,

Şəki rayonu əhalinin sosial müdafiə mərkəzinin
kollektivi adından Məhəmməd Nəsibov

Azərbaycan Respublikası, Şəki şəhəri.