|
08 sentyabr 2011, 15:50
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi
- Əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və əlamətdar bir gündür. Düz 50 il bundan əvvəl - 1961-ci il sentyabrın 8-də burada birinci sutəmizləyici qurğu istismara verilmişdir. Bu gün, bu gözəl gündə biz yeni, ən müasir standartlara cavab verən qurğunun tikintisinin başlandığını qeyd edirik. Bu, özlüyündə çox əlamətdar hadisədir və onu göstərir ki, müasir dövrdə müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Əlli il bundan əvvəl başlanan bu proses və ondan sonrakı dövrdə tikilmiş yeni qurğular, əlbəttə ki, o dövrün tələblərinə cavab verirdi. 1990-cı illərin sonunda mövcud olan bu qurğularda təmir işləri aparılmışdır. Ancaq biz yenə də çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik. Bu layihə böyük vəsait tələb edəcəkdir. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir. Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir. Sadaladığım bütün məsələlərlə əlaqədar Azərbaycanda çox düşünülmüş proqram və konsepsiya vardır. Azərbaycanda Olimpiya idman kompleksləri, idman meydançaları tikilir, idmanla məşğul olmaq üçün şərait yaradılır. Bütün bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri tikilir, rayon xəstəxanaları təmir edilir, müasir avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər görülür. Təkcə son il yarım ərzində ölkəmizdə 10 milyona qədər ağac əkilmişdir. Kür-Araz çayları boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Yüz minlərlə vətəndaş indi təmiz içməli su ilə təmin edilir. Ölkəmizdə bütün başqa istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür. Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir. Hamımız yaxşı xatırlayırıq ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti necə idi. Oradan qalxan tüstü şəhəri bürüyürdü. İndi orada təmiz bir meydan yaradılıbdır. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir. Mən bütün bunları nə üçün bu gün qeyd edirəm? Çünki görülən bütün bu işlərin, o cümlədən bu gün təməl daşını qoyduğumuz bu qurğunun bir məqsədi vardır: Bütün bu işlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşları üçün lazımi məsələlərin həll olunması və insan sağlamlığı üçün ən vacib məsələlərin həlli məqsədi ilə görülür. Azərbaycanda su təchizatı ilə bağlı digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın. Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.