|
13 sentyabr 2011, 12:40
Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında İlham Əliyevin nitqi
- Bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda indi tikilməkdə olan günəş batareyaları zavodu da yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə, biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur. Həm günəş batareyaları quraşdırılıb, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris işləri də yüksək səviyyədə təşkil ediləcək, təcrübə mübadiləsi aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir. Qobustan rayonunun imkanları demək olar ki, böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini və ümumiyyətlə bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər. Böyük ölçüdə AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.