Gerb

16 sentyabr 2011, 11:00
7878

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı.

Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.

Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi apardılar.

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR