Teymur Ağayev, Marina Otstavnova və başqalarından, Qobustan Azərbaycan
20 sentyabr 2011, 12:00
Hörmətli Prezident,
Sizin Qobustana işgüzar səfəriniz, rayonumuzda aparılan abadlıq-quruculuq işləri ilə əyani tanışlığınız, ölkə miqyaslı obyektlərin açılışında iştirakınız rayonumuza olan diqqət və qayğının bariz nümunəsidir. Əlbəttə, rayonumuza gəlişiniz rayon sakinləri arasında böyük ruh yüksəkliyi yaratmışdır. Cənab Prezident, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri hamımızı sevindirir və bu, xalqın Sizə olan inamını daha da artırır.
Hörmətli Prezident, Qobustan rayonunun sosial iqtisadi inkişafı və abadlaşdırılması üçün ayırdığınız maliyyə yardımına görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə Azərbaycanın inkişafı naminə uzun ömür, cansağlığı arzu edirik.
Dərin hörmətlə,
Qobustan rayonunun bir qrup gəncləri adından
Ağayev Teymur, Otstavnova Marina, İmanova Ülviyyə,
Ağalıyev Elnur, Ağayev Asəf, Rəcəbov Elvin
Azərbaycan Respublikası, Qobustan rayonu.